"Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbulu qaydalarında yeniliklər olacaq".
Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: "Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək".
E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: "Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil". (apa)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































