Xalq artisti Ağadadaş Ağayevin söylədiyi "Qarabağda muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır" fikirləri cavabsız qalmayıb.
Xalq artisti Nəzakət Teymurova A.Ağayevin sözlərinə etiraz edib:
"Üzeyirin doğulduğu torpaq elə məktəbdi də. Ordan kimlər çıxmayıb ki? Seyid Şuşinki, Xan Şuşinski… Elə hazırda Seyid Şuşinskinin yolu ali məktəblərdə dərs cədvəlində istifadə olunur. Bu bəs deyil? Ağadadaş Ağayevin bunu necə dediyini anlaya bilmirəm. Amma fakt, fakt olaraq qalır. Bunu onun özü ilə dəqiqləşdirin, görün niyə belə deyib? Qarabağ ifaçılarının diskləri bütöv xarici ölkələrə yayılıb. Ağadaş bəy maarifləndirici adamdır, o sözü birdən birə deyə bilməz. Nəyə əsaslanıb, belə deyib? Etirazım onadır ki, illərdir Qarabağ məktəbi var, bunun sübuta ehtiyacı yoxdur. Elə deyirsə, onun bildiyi o qədərdir. Mən nə deyim? Fikir, söz azadlığı var. Amma bir az tarixə nəzər salsa, görərsiniz ki, bu belədir".
N.Teymurova bildirib ki, Qarabağda muğam məktəbləri olub:
"Qarabağda məktəb olub. Qarabağdan niyə çox ifaçılar çıxır? Uzağa getməyim, özümdən danışım. Mənim hələ anamın səsi olub. Elə səslər var ki, onlar bir boğaz oxuyan kimi bilirsən ki, bu Qarabağ məktəbinin yetirməsidir. Məktəb isə Seyid əminin yoludur. Bakılısı, şəkilisi, qarabağlısı da eyni oxuyur. Yəni bu belədir".
Qeyd edək ki, A.Ağayev olke.az-a müsahibəsində deyib ki, Qarabağda muğam məktəbi yoxdur. O bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:
"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".
Müğənni onu da əlavə edib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:
"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".Lent.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































