Aprel ayının 27 -də Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şair Eldar Həsənlinin 56 yaşı tamam olur. Mediainfo.az saytının kollektivi adından hörmətli şair Eldar Həsənlini ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Dərdini içində çəkir bu gözəl
Əldən verib baharını-yayını,
İtirib günlərin bir-bir sayını.
Tanrıdan borc alıb ömür payını,
Dərdini içində çəkir bu gözəl.
Nə kədərli deyil, nə də şən deyil,
Nə də hər yetənlə gülüşən deyil.
Bizimlə dərdini bölüşən deyil,
Dərdini içində çəkir bu gözəl.
Könül vermir gözəllərin dəsinə,
Deyəsən işləri düşüb nəsinə.
Nə mənə can deyir, nə özgəsinə.
Dərdini içində çəkir bu gözəl.
Nə bir sorağı var, nə bir səsi var,
Nə bir həmdəmi var, nə bir kəsi var.
Səbirdən, dözümdən, xəzinəsi var,
Dərdini içində çəkir bu gözəl.
Gəncliyinin adı çıxıb yadından,
Ləzzət almır damağında dadından.
Cüt əlli yapışıb öz inadından,
Dərdini içində çəkir bu gözəl.
Yüz nəsihət eylə, yüz yalvarış et,
Gəz dolan dünyanı qarış-qarış et.
Yüz ehtiram göstər, yüzdə barış et,
Dərdini içində çəkir bu gözəl.
Həsənli, zəmisi biçilib gedir,
Ömrü damla-damla içilib gedir.
Kainat gözündə kiçilib gedir,
Dərdini içində çəkir bu gözəl.
Eldar Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































