"Jurnalistlərin yazıları oğurlanıb, oğurlanır və çox güman ki, yenə də oğurlanacaq".
Bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
O bildirib ki, əqli mülkiyyət mədəniyyəti nə xəbər yazanlarda, nə də onu oğurlayanlarda formalaşmayıb: "Xəbəri, yazını düzgün qəbul etmək üçün insanlarda əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq lazımdır".
K.İmanov qeyd edib ki, xəbər oğurlayanlar xüsusən də müasir dövrdə sosial şəbəkələrin, internetin imkanlarında yararlanırlar: "Bütün imkanlar yaradıla bilər, ondan istifadə oluna bilər, amma mədəniyyət də olmalıdır".
"Jurnalistlər müəlliflik hüquqlarını qorumaq üçün nə etməlidir, hara müraciət etməlidir, beynəlxalq təcrübə nə deyir" - sualına cavab olaraq, sədr bildirib ki, jurnalist yazılarının oğurlanması bütün dünyanın bəlasıdır: "Azərbaycanda gəlincə, Müəllif Hüquqları Agentliyinin saytında dediyiniz mövzu ilə bağlı bütün məlumatlar yerləşdirilib. Saytda "Müasir sistemdə bu bəla ilə necə mübarizə aparırlar, internetdə hüquqlar necə idarə olunur və agentlik bunun üçün nə edir" - kimi sualların hamısına cavab tapacaqsınız".Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































