Sabah hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə,
Bakıda və Abşeron yarımadasında aprelin 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 21-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 22-23-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































