"Bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb".
Bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
O bildirib ki, son iki ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm yüksək deyil: "Ölümlərin əsas səbəbləri baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və başqa amillərlə bağlı olub".
Nazirlik rəsmisi qeyd edib ki, bu il baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisinə töhmət verilib, hətta həbs olunan da var: "Keçən il ümumilikdə 20 ana ölümü olub. Buna görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Burada həm dövlət, həm də özəl tibb müəssisələri var". Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































