Rusiya ilə dostluq münasibətində olmayan ölkələrdə təhsil alan rus tələbələr ölkəyə qaytarılacaq.
Bu barədə "Kommersant" yazıb.
"Highly Likely Welcome Back" və ya "Evə qayıtmaq vaxtıdır" adlı sözügedən layihəni MDB, xaricdə yaşayan həmvətənlərlə işlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi həyata keçirir. Layihədə ilk növbədə Böyük Britaniyada oxuyan tələbələrin geri qaytarılması nəzərdə tutulur.
Layihə təşkilatçılarının fikrincə, tələbələrin əhəmiyyətli hissəsi siyasi səbəblərə görə vətənlərinə qayıtmaq istəyirlər və onlara yardım etmək lazımdır. Çünki burada söhbət tələbələrin təhlükəsizliyindən gedir.
"Gənc rusların ölkəmizə qarşı dostluq münasibətində olmayan dövlətlərdə baş verə biləcək təxribatlar zamanı xəsarət ala biləcəyi barədə ciddi qorxular var", - layihənin moderatoru Oksana Buryak deyib.
Rusiyanın Xarici İşlər Nazirliyi tələbələrə artıq bir neçə yüz tələbəni qəbul etməyə hazır olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsillərini davam etdirməyi təklif edib.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































