Sabah respublikamızın ərazisində hava buludlu olacaq, bəzi dağlıq rayonlarda şimşək çaxacaq, yağış yağacaq.
Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































