Aprelin 19-da Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, iclasın gündəliyinə 2018-ci ilin Mədəniyyət ili elan olunduğunu nəzərə alaraq, MDB ölkələri xalqlarının mədəni dəyərləri və ənənələrinin işıqlandırılması yollarına aid məsələlərin müzakirəsi daxildir.
İclas iştirakçıları həmçinin Şuranın layihələrinin reallaşdırılması, Qırğızıstanda qarşıdakı III Ümumdünya Köçəri Oyunlarının işıqlandırılması məsələsini nəzərdən keçirəcəklər.
Şuraya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət informasiya agentliklərinin rəhbərləri daxildir.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































