Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar" mövzusunda dissertasiya müdafiəsi olub.
Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Bəxtiyar Əhmədov, elmi rəhbər isə akademik Yaqub Mahmudovdur.
Məlumat üçün bildirək ki, B.Əhmədov Tarix İnstitutunun böyük elmi işçisi və II qrup Qarabağ müharibəsi əlilidir.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Prezidentin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir: "İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik".
Dissertasiya Şurasının iclasında bildirilib ki, "XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar" mövzusu ilk dəfə olaraq dissertasiya səviyyəsində kompleks şəkildə tədqiq olunub.

Dissertant B.Əhmədov çıxışında qeyd edib ki, XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, aprelin 25-dən 29-dək Qusar şəhərində Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































