"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan "Azərbaycan xalçaları" jurnalının 24-cü sayı işıq üzü görüb.
Mediainfo.az saytının verdiyi xəbərə görə, Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin akademik İsmayıl Hacıyevin (AMEA Naxçıvan Bölməsi) "Araz-Türk respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi", AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin (AMEA Memarlıq və İncəsənət İnstitutu) İ.Həbibbəylinin və V.Muradovun "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabına rəyi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin (AMEA Naxçıvan Bölməsi) "Sirabçay və Naxçıvançay vadisinin qədim mədəniyyətləri", t.ü.f.d. Səbuhi Əhmədovun (Milli Azərbaycan Tarixi Muzeyi) "Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Demokratik Respublikasına aid eksponatlar", t.ü.f.d Hacı Həsənovun və t.ü.f.d. Ramil Niftəliyevin "Qafqaz Kustar Komitəsinin tarixindən" (AMEA Tarix İnstitutu), t.ü.f.d. Esmira Vahabovanın "Şimali Azərbaycanın xalçaçılıq sənəti: inkişaf və müxtəliflik (XIX əsrin ikinci yarısı-XX əsr)", f.ü.f.d. Nuray Əliyevanın (AMEA Naxçıvan Bölməsi) "Naxçıvanın dialekt və şivələrində xalçaçılıq terminologiyası", t.ü.f.d. Zəhra İslamovanın (Bakı Dövlət Universiteti) "Azərbaycan xalçalarının izləri XVIII əsr qaynaqlarında", t.ü.f.d. Xəliyəddin Xəlillinin və t.ü.f.d. Tahir Şahbazovun "Qarabağ elatlarının təsərrüfat həyatından" və s. kimi məqalələri yer almışdır.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































