Azərbaycanda orta ömür həddi 75,2 ildir.
Bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.
Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək islahatlardan danışıb. Onun sözlərinə görə, talassemiya Mərkəzində 3100 xəstə müalicə alır: "2017-ci ildə Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb".
İSİM rəhbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır: "2017-ci ildə tədarük olunan qanın miqdarı 37 tondan çox olub".
Azərbaycanda 225 min şəkərli diabet xəstəsinin dövlət tərəfindən dərman preparatları ilə təmin olunduğunu vurğulayan C. Məmmədov qeyd edib ki, ölkədə hemofiliyadan ölüm göstəriciləri azalıb.Qaynarinfo
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































