Toyda faciə baş verdi: Azərbaycanlı müğənni qanlar içində qaldı

Toyda faciə baş verdi: Azərbaycanlı müğənni qanlar içində qaldı

Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:

"İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra "mənim havamı çalın" deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı".

Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:

"Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü. Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır".
Toyda faciə baş verdi: Azərbaycanlı müğənni qanlar içində qaldı - FOTO

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az