Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə anadan olub. İxtisasca hüquqşünas olan Tağıyev, təxminən 36 il prokurorluq orqanlarında çalışıb.
Sənətkarın həyatı olduqca ağır keçib. Oğlu Akifin, daha sonra isə azyaşlı qızının ölümü onu bərk sarsıdır. Bundan sonra anası Münəvvər xanım onu İmamzadə türbəsinə aparır. Orada bir nəfər Ələkbər Tağıyevə deyir ki, sənin bir oğlun da olacaq, adını Xaliq qoyarsan, bu uşaq doğulandan sonra sənə vəhy gələcək, məşhurlaşıb varlanacaqsan. Belə də olur. Oğlu Xaliqin anadan olmasından sonra o, ilk mahnısını –"Qonşu qızı"nı bəstələyir. Tağıyevin ilk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın davam edib. Bundan başqa, o, Nisə Qasımova, Məmmədbağır Bağırzadə kimi ifaçılarla da əməkdaşlıq edib.
Bəstəkarın "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim", "Qəşəngdir", kimi mahnıları Azərbaycan musiqisində xüsusi yer tutur.
"Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































