Şair, publisist Fəxrəddin Orxan uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Bu barədə Kult.az-a mərhumun dostu, yazıçı-şair Zahid Sarıtorpaq məlumat verib.
Fəxrəddin Orxanın son şeirini təqdim edirik:
Səmadan endi dəvət,
"Gəl", - deyir,
Gəlləm əvət.
Mövlam verir ziyafət,
Bu yol hara aparır?
Yatıb gördüm röyamı,
Sel uçurtdu qayamı.
Günəşəmmi, Ayammı-
Bu yol hara aparır?
Söhbət bir candan gedir,
Ruh uçur, zindan gedir.
Oxdur - kamandan gedir,
Bu yol hara aparır?
Bu bir dünya düzümü,
Yola sallam özümü.
Kim bulacaq izimi-
Bu yol hara aparır?
Ölüm həyat ünüdür,
Tam kainat dinidir.
Təzə doğum günüdür? -
Bu yol hara aparır?
Qeyd edək ki, Fəxrəddin Orxan 1956-cı il dekabrın 30-da anadan olub. Yaradıcılıq fəaliyyəti ərzində müxtəlif qəzetlərdə şeir və publisistik yazıları ilə çıxış edib, uzun illər məşhur qəzetlərin bölgə (Şamaxı) müxbiri kimi çalışıb.
Allah rəhmət eləsin!
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































