Məşhur fransız aktyor Jerar Depardye azərbaycanlı rəssam Məryəm Ələkbərlinin işlərinə heyran qalıb.
Kult.az xəbər verir ki, paris-normandie.fr. saytı Depardyenin iki ay əvvəl Ələkbərlinin yaşıl rəngin üstünlük təşkil etdiyi əl işi ilə tanış olduğunu bildirir. O, həmin əsəri Parisdəki evində asıb və bundan sonra onun Məryəm Ələkbərliyə orta ölçülü daha 5 əsər sifariş etdiyi bildirilir.
Qeyd edək ki, Məryəm Ələkbərli 4 iyul 1991-ci ildə Azərbaycanda anadan olub. Moskva və Parisdə təhsilini davam etdirib.
Məryəm Azərbaycan Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin keçmiş rəhbəri Fatma Abdullazadənin qızıdır.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































