HƏLƏ NƏĞMƏM VAR MƏNİM

HƏLƏ NƏĞMƏM VAR MƏNİM

  • İllərdir ki, bir səsin sehrinə düşərək həvəslə, həsrətlə yorulmadan dinləyirəm. İllərə güc gələn o səs təmizdir, safdır öz qəlbi, ürəyi kimi. Genişdir, gurdur səsi, qəlbinin genişliyi, mərhəməti kimi. Hər zaman insanlara, dostlarına, ətrafına xeyirxahlıq göstərən, dar günün dostudur həmin səsin sahibi. 50 ildir ki, sənətdədir, 50 ildir ki, oxuyur. Səsi qəlbə, ruha məlhəmdir. Hər addımında ziyalılığını, şəxsiyyətini düşünür və ona xələl gətirməmək üçün yalnız nümunəvi addımlar atır. Sənətiylə, qızı və nəvələri ilə nəfəs alır. Dövlətini, dövlətçiliyini varlığı qədər sevir və onu sevə-sevə təbliğ edir. Yeni Azərbaycan Partiyasını fəal üzvlərindən biridir. Söhbət sevimli, ustad sənətkarımız Səmayə Hüseynovadan gedir. Efirlərdən, mətbuatdan bir qədər incik düşüb uzaq gəzən sənətkarı çətinliklə də olsa "Oxu Məni" oxucuları ilə görüşdürə bildik. İstədik ki, oxucularda da nostalji

    duyğular oyadaq. Elə isə sənətkarın həyat və yaradıcılığı ilə yaxından tanış olaq.

    Hər bir ata öz evinin şahıdır,

    Şərəfidir, şöhrətidir, varıdır.

    Ümididir, dar gündə pənahıdır,

    Başımızın tacı, sultandır ata,

    Sağ ikən övlada həyandır ata.

    Qəlbində düşünür, fikri çoxsa da,

    Qolunun qüvvəti, gücü yoxsa da.

    Evinə dayaqdır necə olsa da,

    Başımızın tacı, sultandır ata,

    Övlada özü tək yanandır ata.

    Səmayə xanım Hüseynovanın söylədikləri:

    "Mən, Hüseynova Səmayə ayaz qızı 1941-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuşam. Atam Ayaz Hüseynov Böyük Vətən müharibəsinə getdikdən 3 ay sonra dünyaya göz açmışam. Ata qayğısı, ata nəvazişi görməmişəm. Atam müharibədə həlak olub, bir sözlə, anamın himayəsində yetimliklə böyümüşəm. 1948-ci ildə Balakən rayonunun Hənifə kəndinin 7 illik məktəbininbirinci sinfinə getmişəm və mən oxumaq fəaliyyətimə elə bu məktəb illərindən başlamışam. İlk dəfə məktəb səhnələrində, "Fındıq" və "Tütün" iməciliklərində konsertlər vermişəm. Mənim yaşımın balaca olmasına baxmayaraq muğamlardan"Qatar", "Şahnaz", "Mirzə Hüseyn Segahı", "Qarabağ şikəstəsi" və s. təsniflər və xalq mahnıları oxuyardım. Bunların hamısını radionu dinləyərək öyrənmişəm. Demək olar ki, ilk müəllimim də radio olub. 1958-ci ildə Balakən rayonunda orta məktəbi bitirdikdən sonra 1960-cı ildə ailə həyatı qurub Mingəçevir şəhərinəköçmüşəm. 1963-cü ildən Mingəçevir şəhər Mədəniyyət Sarayında işə başladım.

    Ü. Hacıbəyovun "Leyli və Məcnun" operası tamaşaya qoyulurdu və məni baş rola,Leyli obrazına dəvət etdilər. 1963-cü ildən 1968-ci ilə qədər həm Leyli rolunda həm də konsert proqramlarında çıxış edərək bütün rayonlara qastrollara getmişəm.Orada işləyə-işləyə 1966-cı ildə maestro Niyazinin təşəbbüsü ilə AzərbaycanDövlət Filarmoniyasına 5 nəfər muğam ifaçıları axtarırdılar. 1966-cı ildə 3 turdan ibarət müsabiqə keçirildi. Bu müsabiqədə mən "Şahnaz" , "Qatar" muğamlarını,təsnif və xalq mahnılarını oxudum. Münsiflər heyətində maestro Niyazi, Əhməd Bakıxanov, Hacı Xanməmmədov, Şövkət Ələkbərova, Sürəyya Qacar, CahangirCahangirov, Emin Sabitoğlu, Ağası Məşədibəyov, Vasif Adıgözəlov, Şəmsi Bədəlbəyli və s. vardır. Mən 3 turdan qalib çıxaraq birinci yeri tutdum və Azərbaycan Dövlət Filarmoniyasının solisti və vokalisti oldum. 1967-ci ildəkeçmiş Sovetlər İttifaqında komsomolun 50 illik yubileyi keçirilirdi. Bu yubileydə mən "Qatar" muğamını oxuyub birinci dərəcəli "Qızıl" medal, "Göy göl" mahnısına görə "Gümüş" medala layiq görüldüm. 1968-ci ilin mart ayından başlayaraq qastrol səfərlərinə çıxmışam. Qastrol səfərlərində mərhum Yaqub Məmmədov, Habil Əliyev, İldırım Həsənov, Mütəllim Mütəllimov, AğababaNovruzov, Sara Qədimova, Tükəzban İsmayılova, Əbülfət Əliyev, Mirzə Babayev kimi sənətkarlarla çiyin-çiyinə dövlət konsertlərində, təşviqat qatarlarında, pambıqtarlalarında, fermalarda, taxıl sahələrində, quşçuluq fermalarında, kolxozçular vəsağıcılar üçün konsertlər vermişəm. Sovet dövründə pulsuz iməcilik konsertləri iləzəhmətkeşlər qarşısında mikrofonsuz çıxışlar etmişəm. Aldığım limitlər hər vaxt dövlətə keçirilirdi, dövlət bu konsertlərdən bəhrələnirdi.

    • Filarmoniyada işləyə-işləyə 1968-ci ildə Əhməd Bakıxanovun təşəbbüsü iləsənədlərimi Asəf Zeynallı adına Bakı musiqi texnikumunun muğam şöbəsinə verdim. Əla qiymətlərlə qəbul olub müəllimim Hacıbaba Hüseynovdan muğamlarımızın sirlərini öyrənmək mənə nəsib oldu. 1972-ci ildə texnikumu bitirərək diplom aldım. Azərbaycan Dövlət Filarmoniyasında mənə hər ayda 14konsert vermək planı qoyulmuşdur. Mən də hər ayda 28-30 konsert verirdim.

      1992-ci ildə Azərbaycan Konsert Birliyi dağılandan sonra mən də təqaüdə çıxdım. Beləcə 50 il yorulmadan bu sənətdə çalışmışam. Muğam, təsnif, xalq, bəstəkar mahnılarımızı ifa etmişəm. İfalarımın əksəriyyəti "Qızıl fond"da qorunur. Öz gücümlə bu sənətdə külüng vura-vura ucalmışam. Sənətim mənim dünyamdır,

      çünki məni tanıtdıran, xalqa sevdirən sənətim olub".Həyatın bütün çətinliklərinə sinə gərən qəhrəmanımın qəlbindəki ata ağrısı, ata acısı illərdir ki, qəlbini qübar edib. 3 aylıq körpə ikən atasını itirən sənətkarın

      qəlbinin zəif nöqtəsinə təzədən toxunmaq istəmədik. Özü belə söylədi: - Bu gün atama ehtiyacım var. Kaş yanımda olardı. Ancaq qürurluyam, fəxr edirəm ki, Böyük Vətən müharibəsində həlak olan bir vətənpərvər azərbaycanlı oğlunun qızıyam... (gözləri dolur)

      O bir əzəmətdir, o bir müqəddəs,

      Yaşayıb-yaradır könlündə həvəs.

      Nankorluq etməsin övlad olan kəs

      Başımızın tacı, sultandır ata,

      Ömrünü övlada qıyandır ata.

    • Göydə Tanrı, yerdə odur qibləgah,

      Olmasın könlündə nə kədər, nə ah.

      Onunla açılsın hər bir xoş sabah

      Başımızın tacı, sultandlr ata,

      Övladı qəlbi tək duyandır ata.

      50 illik sənət yolu... Təəssüflər ki, Səmayə xanım layiq olduğu fəxri adların heç birini almayıb. Ancaq yenə də ruhdan düşmür, inanır ki, tezliklə o da fəxri adın sevincini yaşayacaq. Səhhətində böyük problemlər olan sənətkarımızın da üzünə fəxri adın sevinci qonacaq. O gün uzaqda deyil Elə o "sevincli anı" "Oxu Məni"

      oxucuları ilə bərabər paylaşmaq ümidi ilə təzədən görüşənədək.

      Alim Nəbioğlu

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az