Tanınmış müğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmağa hazırlaşır.
Oxu.az-ın əldə etdiyi məlumata görə, sənətçinin toy mərasimi may ayında, Bakının dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək.
Hüseynovun ailə qurduğu şəxs isə bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanımdır.
Uzun müddət Rusiyada yaşayan Aydan iki ildən çoxdur Azərbaycana köçüb. O, bir müddət sonra Zamiqlə tanış olub. Cütlüyün sevgi münasibəti bir ildən artıqdır davam edir.
Qeyd edək ki, Zamiqin ilk evliliyi 2009-cu ildə Nigar Rəfiyeva ilə olub. Onların evlilikləri bir neçə ay çəkib.

İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































