Aprelin 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev xidmətdə fərqlənmiş gömrük əməkdaşları ilə görüşüb.
Mediainfo.az saytına DGK Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son zamanlar gömrük orqanlarının hüquqpozmalara qarşı, xüsusilə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. Komitə sədri bu uğurların təkcə Azərbaycan hökuməti deyil, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin rəhbərliyi tərəfindən də yüksək dəyərləndirildiyini bildirib.
Aydın Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərində fərqlənmiş gömrük əməkdaşlarına minnətdarlığını ifadə edərək, onların barəsində həvəsləndirmə tədbiri görülməsi üçün Dövlət Gömrük Komitəsinin müvafiq əmrinin imzalandığını diqqətə çatdırıb və həmin əmrə əsasən hədiyyələrlə təltif olunduqlarını bildirib.
Sonra Komitə sədri xidmətdə fərqlənmiş gömrükçülərə - DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru Elvin Eyvazlıya, Astara Gömrük İdarəsinin instruktor-kinoloqu Tərlan Qədirova, Tovuz Gömrük İdarəsinin inspektoru Məhsəti Həsənovaya və DGK Kinoloji Mərkəzinin təlimçisi Səfər Cəfərova hədiyyələri təqdim edib, onlara xidmətdə yeni-yeni nailiyyətlər arzulayıb.
Gömrük əməkdaşları onların fəaliyyətinə göstərilən diqqətə görə Komitə rəhbərliyinə təşəkkürlərini bildirib, gömrük xidməti qarşısında duran mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi işində qüvvə və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























