Yaxın 2-3 gündə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağış yağacağı gözlənilir.
Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə,
Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























