"Babatam, yaxşılaşmışam. İki gündür ki, Bakıya qayıtmışam. Elə ev şəraitində yaxşılaşmaqla məşğulam".
Bunu Moderator.az-a açıqlamasında tanınmış şair Musa Yaqub öz səhhəti haqqında məlumat verərkən deyib.
Qeyd edək ki, qocaman şair bir müddət əvvəl özünü yaxşı hiss etmədiyindən xəstəxanaya yatırılmışdı.
Şair xəstəxanada ikən Türkiyədən dərmanlarının gətiriləcəyini və həmin preparatların qəbulundan sonra səhhətində irəliləyiş olacağını demişdi.
Martın əvvəllərində evə buraxılan Musa Yaqub tam sağalmaq üçün ev şəraitində - doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində müalicəsini davam etdirib. Lakin hazırda səhhəti yaxşılaşan şair iki gündür ki, Bakıya qayıdıb. Şair şəhərə qaytmağının əsas səbəbini səhhətində olan irəliləyişlə əlaqələndirib:
"İki gün olar gəlmişəm. Bu ayın əvvəllərindən - xəstəxanadan çıxandan sonra Buynuzda qalırdım. Artıq bəzi yüngül müayinələr burada, ev şəraitində davam etdirilir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























