Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyası nəzdindəki bəstəkarlıq və fortepiano sinfi üzrə musiqi məktəbində təhsil alıb.
1962-ci ildə Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdır. Məşhur "Oqonyok" jurnalı onun şəklini "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə ilə birlikdə dərc edir. Maqomayevin şöhrəti tezliklə bütün SSRİ məkanına yayılır.
Müslüm İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Bu, sənətkarın ən böyük arzusu idi. Əfsanəvi müğənni davamlı olaraq xarici festivallarda mükafatlar alırdı. SSRİ xalq artisti fəxri adınalayiq görüləndə Maqomayevin 31 yaşı var idi.
Müslüm 18 yaşında olarkən konservatoriyada özü ilə eyni kursda oxuyan Ofeliyaya vurulur və onlar evlənirlər. Bu nikahdan Marina adlı qız övladları dünyaya gəlir. Lakin ifaçının bu evliliyi cəmi bir il çəkir. Maqomayevin həyatında əsas qadın onun 34 il birgə yaşadığı ömür-gün yoldaşı Tamara Sinyavskaya olub. Məşhur opera ifaçısı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə Müslüm 1972-ci ildə Bakı Filarmoniyasında tanış olur və bir müddətdən sonra evlənirlər.
Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər yer tuturdu. O, yalnız ifaçı deyildi, həm də gözəl mahnılar bəstələyirdi. Müğənninin xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı indi də dillər əzbəridir.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























