Uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq artisti, sevilən və dəyərli aktyor Fuad Poladov bütün ətrafı ilə əlaqəni kəsib, heç kəslə danışmır və görüşmür.
Bu barədə Kult.az-a xalq artistinin sənət yoldaşları məlumat verib. Bildirilib ki, xalq artisti artıq heç kəslə əlaqə saxlamır, ona gələn zənglərə cavab vermir, hətta yanına gələn dostları ilə də görüşməyə razı olmur.
Xalq artistinin 1989-cu ildən çalışdığı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi F.Poladovla nə əlaqə yarada, nə də görüşə bilib. Məlumata görə, hətta aktyor ailə üzvlərinə də heç kəsi qəbul etməməyi tapşırıb.
"Aktrisa" filmində F.Poladovla tərəf müqabili olan əməkdar artist İlham Hüseynovun sözlərinə görə, dostları onunla sonuncu dəfə 2 ay öncə danışa bilib.
F.Poladovun yaxın dostu, xalq artisti Rasim Balayev də bir müddət öncə Fuad Poladovun onun zənglərinə cavab vermədiyini bildirmişdi.
Xatırladaq ki, xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb. Hazırda aktyor evdə müalicə alır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























