Türkiyə İsraildən gələn təyyarəni gül-çiçəklə qarşıladı

Türkiyə İsraildən gələn təyyarəni gül-çiçəklə qarşıladı

İsrailin Təl-Əviv şəhərindən Türkiyənin YDA Dalaman Hava Limanına eniş edən 160 nəfər sərnişini olan təyyarə xüsusi şəkildə qarşılanıb.

Axar.az xəbər verir ki, təyyarə su şırnağı və çiçəklərlə qəbul edilib. Qarşılanma mərasimində bir sıra rəsmi şəxslər də iştirak edib.

TÜRSAB Mərmərə Regional İdarəsinin rəhbəri Əli Kırlı turistlərin bölgədə istirahət edəcəyini bildirib:

"Həm ölkəmizə, həm də bölgəmizə xeyirli olmasını ümid edirik. 2018-ci ildə Dalamana gələcək israilli turist sayının 35 minə çatmasını istəyirik".

Qeyd edək ki, uzun müddət Türkiyə-İsrail arasında yaranan soyuq münasibətlər hər iki ölkənin turizm potensialına mənfi təsir göstərmişdi.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az