Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və həmin il 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib.
Bu gün isə əsasən Avropa İttifaqı ölkələri olmaqla, bir çox ölkələr yay vaxtına keçsə də, Azərbaycan yenə qış vaxtında qalıb. Lakin bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat irəli çəkilib. Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub.
Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.(Qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























