Estrada müğənnisi Alla Puqaçova onu xarici görkəminə görə tənqid edən "İnstaqram" istifadəçilərinə cavab verib.
Zəhər yağan şərhlər, 18 martda prezident seçkilərində primadonnanın əri Maksim Qalkinlə Moskvaətrafı Zveniqorod şəhərində səs verərkən çəkilən kadrların altında yazılıb.
"Mərhəmətli insanlar. Mən qocalıram, özü də sürətlə. Orqanizmim geriyə gedir. Mən çətinliklə nəfəs alıram, çətin yeriyirəm, amma hələ sağam və körpə uşaqlarıma görə yaşamalıyam" - Puqaçovanın yazdığını "Komsomolskaya pravda" sitat gətirib.
O bütün şərh yazanlara xoşbəxtlik və uzun ömür arzulayıb. Və ümid edib ki, onların "zəhər və kin-küdurəti" daha vacib problemlərə qarşı yönələcək, nəinki onun qocalığına...
"Mən onsuz da ömrümün son günlərində uşaqlar və öz alqışları ilə həyatımı dolğun və gözəl edən sizlər haqqında düşünəcəm. Həyata davam deyirik"- müğənni əlavə edib.
Xatırladaq ki, istifadəçilər şərhlərində müğənnini onun xarici görünüşünə, həddən artıq gənc geyiminə, eynəyinə və çox şeylərə görə tənqid etmişdilər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























