Bakının tələbi ilə Türkiyə bu filmi qadağan etdi

Bakının tələbi ilə Türkiyə bu filmi qadağan etdi

"Filmmor" Qadın Film Festivalının İstanbuldakı son günündə "Yeva" adlı filmin nümayişi qadağan olunub.

"Filmmor"un nümayəndəsi Mələk Özman filmin nümayişinə Azərbaycan hökumətinin tələbi ilə İstanbul Valiliyi tərəfindən qadağa qoyulduğunu bildirib.

"Azərbaycan səfirliyi əvvəlcə Fransız Mədəniyyət Mərkəzinə rəsmi tələb göndərərək filmin nümayişinin qadağan olunmasını istəyib. Biz Fransız Mədəniyyət Mərkəzi ilə filmi müzakirə etdik, onlar da izlədi və nümayişində heç bir problem görmədiklərini bildirdilər. Film bir qadının İrandan keçmiş həyat yoldaşından qaçmasından bəhs edir. Qadın Qarabağda bir erməni kəndinə sığınır. Azərbaycan üçün bu məsələ həssas imiş, biz də bilmirdik. Bütün ölkələrin həssaslığını nəzərimizdə saxlaya bilməyəcəyimizi və filmdə zərərli ifadələrin yer almadığını bildirdik, lakin Azərbaycan hökumətinin Türkiyə Xarici İşlər Nazirliyinə, hətta xarici işlər nazirinə də müraciətləri olub. Nəticədə Azərbaycan hökumətinin tələbi ilə Türkiyədən də filmin göstərilməsinə qarşı reaksiya verildi və nümayişi qadağan edildi", - deyə o, bildirib.

Qeyd edək ki, "Yeva" filmi Ermənistan və İranın birgə əməkdaşlığı ilə çəkilib. Filmin rejissor və ssenari müəllifi erməni əsilli iranlı Anahit Abaddır. Sözügedən film Ermənistan kinosunu təmsil etmək üçün "Xarici dildə ən yaxşı film" nominasiyası üçün 90-cı "Oskar" film festivalına göndərilmişdi.qaynarinfo

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az