"Allah məndən nəyi alır alsın... bir gözlərim, bir də pianomdan başqa..."deyirdi xalq artisti Şəfiqə Axundova.
1924-cü ildə Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. Üzeyir bəy elə ilk vaxtlardan onun istedadını yüksək qiymətləndirib.
Şəfiqə xanım ömrünün 70 ilini Azərbaycan mədəniyyətinə həsr edib. O, 1972-ci ildə yazdığı "Gəlin qayası" operası iləŞərqdə opera yaradan ilk qadın bəstəkar kimi tarixə düşüb.
O, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov kimi gözəl sənətkarlarla işləyib. Bəstəkar"Ev bizim, sirr bizim" operettasının, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?"və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.
Bütün həyatını, cavanlığını, gözəlliyini sənətə həsr edən Şəfiqə xanım yeganə övladı olan Talehi dünyalar qədər sevirdi. Taleh də anası kimi gözəl musiqilər bəstələyib və eyni zamanda, virtuoz pianoçu kimi fəaliyyət göstərib. Lakin Taleh ağır xəstə idi. Övladının ağır xəstəliyi Şəfiqə xanımı çox sarsıtmışdı.Bəstəkarı yatağa salan da elə oğlunun ölümü oldu.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























