ATV kanalının məşhur seriallarından olan "Qız atası"nın çəkilişlərinin aparıldığı villa satışa çıxarılıb.
Badamdar qəsəbəsində yerləşən villa sahibi tərəfindən təcili satılır. Ümumi sahəsi 700 kvadrat metr olan villa 8 otaqdan ibarətdir.
Villanın qiyməti 1.000.100 manatdır.
Xatırladaq ki, bu villada hazırda hər həftə sonu ATV kanalında yayımlanan məşhur "Qız atası" serialının çəkilişləri gedir. Villa 3 mərtəbədən və 8 otaqdan ibarət olmasına baxmayaraq, serialda 2 mətbəx, bir yataq otağı və dəhlizdən istifadə olunur.(axar.az)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































