Xəzər TV-nin Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda saxlanılıb.
Report-un xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.
Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. M.Qafarovanın yaxın qohumu bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























