Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümümxalq şənliyi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətlərini göstərəcəklər.
Həmçinin uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
Bayram şənliyi Qız qalasından başlayacaq Bulvar ərazisindən keçməklə Muzey Mərkəzinə qədər davam edəcək. Konsert proqramı günün sonuna qədər davam edəcək. Həmçinin ölkəmizdə keçirilən "Formula 1" üçün ayrıca stend quraşdırılacaq.
Ümümxalq şənliyində Prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyevavə ailə üzvlərinin də iştirakı gözlənilir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























