Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
Həmçinin, şuranın üzvləri də gizli səsvermə yolu ilə müəyyən olunub.
Məlumatda bildirilib ki, iştirakçılara 232 zərf paylanıb, 229 zərf geri qaytarılıb.
Səsvermə nəticəsində İdarə Heyətində jurnalistlər arasından 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.
Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev əsas heyətin üzvü olub.
İctimaiyyət nümayəndələrinin tərkibinə Vüqar Səfərli, Müşviq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli seçilib.
İnternet Portallarından isə şurada Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov təmsil olunub. Qurultayın sonunda yekun qətnamə qəbul edilib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























