Amerikalı aktrisa Teri Haçer maraqlı addım atıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa evini tərk edərək avtomobildə yaşamağa başlayıb.
Bunun üçün "Volkswagen T1" markalı yaşıl avtomobili seçib.
53 yaşlı Teri avtomobili ilə Malibuda çimərliklərdən birində paparazzilərin hədəfinə tuş gəlib. Aktrisa çay içərək kitab oxuyub, insanlarla söhbət edib.
Xarici KİV-lərdə aktrisanın maliyyə problemi yaşadığı və evsiz qaldığı barədə xəbərlə belə yayılıb.
Teri açıqlamasında bunun yalan olduğunu, "youtube" kanalı üçün "Van Therapy" layihəsi hazırladığı üçün avtomobildə yaşadığını bildirib.
O, hələ uzun müddət avtomobildə qalacağını bildirib.


İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































