Rusiyada yaşayan aktrisa-müğənni, "Miss Azərbaycan- 1999"un qalibi Fatimə Abasquliyevanın canlı efirdə müəllimi-rejissor Mark Razovski tərəfindən zorlandığını deməsi başına bəla olub.
"Qafqazinfo" xəbər verir ki, o, yenidən Andrey Malaxovun "Canlı efir" verilişinə qatılıb.
"Bu açıqlamamdan sonra Razovskini müdafiə edəcək xeyli adam tapıldı. Hələ bu azmış kimi, sosial şəbəkə istifadəçiləri mənə şantaj dolu mesajlar yazırlar"- deyə Fatimə bildirib.
Bundan əlavə, Fatimənin həmkarı, rejissorun tələbəsi Svetlana Markovnikova ona dəstək olmaq əvəzinə, əleyhinə açıqlama verib:
"Bu, gülməlidir. Mən Fatimənin vəziyyətinin bu qədər pis olduğunu düşünmürdüm. Fatimə narsist qızdır, özünü çox sevir. O, istədiyinə müxtəlif yollarla nail olur".

Markovnikova iddia edib ki, Fatimə onun ərini belə əlindən almaq istəyib:
"Mübahisəmiz düşmdüşdü, Fatimə çaydanı başıma vurdu. Ərimlə bağlı məsələ isə qonaqlıqda olarkən baş verib. Biz qonaq getmişdik, elə şərait yarandı ki, ərimlə otaqda tək qaldı. Mən otağa girdim ki, həyat yoldaşım yataqda uzanıb, Fatimə isə ona tərəf uzanaraq sinəsini açıb. Onlardan nə baş verdiyini soruşdum".
Canlı efirdə Fatimə ilə üzləşən aktrisanın ittihamlarına qarşı tərəf gülüşlə reaksiya verib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































