Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi"ndə yeni binanın təməlqoyma mərasimi keçirilib. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, Abşeron rayon icra başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov kimi rəsmi şəxslər də iştirak edib.
A.Əlizadə çıxış edərək son illər akademiya əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.
O, AMEA tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 bloklu binanın tikilməsi nəzərdə tutulur. Mənzillərin sayı isə 1928 ədəd olacaq. Binanın inşasının iki ilə başa çatdırılması planlaşdırılır.(olke.az)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































