Xalq artisti Gülyaz Məmmədova bir müddət əvvəl dünyasını dəyişən atası Zakir Məmmədovla bağlı instaqramda paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, xanəndə 84 yaşlı atasının infarktdan həyatını itirdiyini söyləyib:
"Gözəl ailə başcısı, valideyn, atam, sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-obada qonaqpərvərliyinlə, dülgər sənətinlə, zurna və davul ifacılığınla sevildin. Varlığın gözəl idi, yoxluğun o qədər acı ki... Yerin cənnət olsun canım atam.
5 mart 2018 ci il, səhər saat 10-da infarktan atam Zakir Əsədullah oğlu Məmmədov dünyasını dəyişdi. Təəssüf ki, mətbuat tarixi öyrənmədən yanlış yazıblar. Baş sağlığı verən, dərdimizi, acımızı paylaşan bütün dostlarımza, sənət yoldaşlarımıza, iş adamlarına dərin təşəkkürümüzü bildiririk".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































