Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan "Bu bizik" proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycan Respublikasının xalq artisti Könül Xasıyeva və aparıcı, qiraətçi Pünhan İsmayıllı olub.
Verilişdə xalq artisti Könül Xasıyeva aparıcı Fərqanə Gülağaqızının geyimindən danışarkən bu sözləri deyib:
"Adam var ki, milli geyimi geyinməyə məcburdur, amma yaraşmır. Mən geyinsəm, yaraşmaz. Kökəm. Gərək həqiqəti deyəsən".
O, sağlığından danışarkən kövrəlib:
"Cansağlığı hər şeydir. Bu arada iki gözəl ana itirmişəm".
Xalq artisti bu ay keçiriləcək solo konsertindən də danışıb. O bildirib ki, bu, vida konserti olacaq.
"Martın 16-sında Heydər Əliyev sarayında "Qayıt, nə olar" konsertim olacaq. Ömrümün elə bir astanasında dayanmışam ki, adam keçənləri axtarır, gəzir. Bu yaşdan sonra xəyal aləminə çox gedirsən. Martın 17-si 50 yaşım olacaq. Bu, xalqımızla, elimizlə vida konsertimdir".
Pünhan İsmayıllı Könül Xasıyevanın vida sözü ilə razılaşmayıb:
"Əsrin yarısının oldun yaşıdı,
Hərə öz ömrünün yükün daşıdı.
Əslində 50 yaş sevgi yaşıdır,
Hansı qocalmaqdan...
Düzdür, saçların ağarıb, amma bu saçları sən sənət yolunda ağardıbsan".
Qiraətçi Rəsul Rzanın fikrindən sitat gətirərək deyib: "İstər gül, istər ağla, insan olduğunu yadında saxla".
Qeyd edək ki, Teleqraf.com "Bu bizik" proqramının informasiya dəstəkçisidir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































