Məşhur rusiyalı ifaçı Loboda "Rammstein" qrupunun üzvü Till Lindemandan övlad dünyaya gətirəcək.
Onların münasibəti ötən il Bakıda keçirilən "Jara" festivalından başlayıb.
Belə ki, iyul ayında baş tutan festivalda tanış olan cütlük kameralara fikir verməyərək, səmimi görüntülər sərgiləyib. Onlar arasında olan bu səmimilik daha sonra sevgi münasibətinə çevrilib. Amma onlar bunu hər kəsdən gizlədiblər.
Super.ru saytı iddia edir ki, onların övladı cari ilin may ayında doğulacaq. Loboda övladını Los-Ancelesdə dünyaya gətirmək niyyətindədir.
Lindeman isə Loboda ilə aralarında olan münasibəti inkar etməkdə davam edir.
Qeyd edək ki, Loboda 35 yaşındadır və onun Həvva adlı altı yaşlı qızı var. Lindeman isə 57 yaşındadır. O, indiyədək üç dəfə evil olub. Bu evliliklərdən isə Tillin iki qız övladı var.


Big.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































