Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun dünya xalqları barədə "Xalqlar və mədəniyyətlər" çoxcildlik seriyasının nəşri kontekstində rus dilində "Azərbaycanlılar" ("Азербайджанцы") adlı cildi çap olunub.
"Report"un xəbərinə görə, kitab qədim özünəməxsus etnik mədəniyyətə malik azərbaycanlıların tarixi-etnoqrafik baxımdan təsvirinə, tədqiqinə həsr olunub. Monoqrafiyada Azərbaycan xalqının tarixi-mədəni mühiti (tarixi-etnoqrafik bölgələri, etnoqrafik qrupları, etnik əlaqələrdə dilin rolu, yazı tarixi, demoqrafiya, tarixi-antropoloji məlumat), yaranması prosesi, etnosiyasi tarixin əsas mərhələləri əksini tapır. Ənənəvi təsərrüfat (əkinçilik, maldarlıq) və sənət-peşələr (dulusçuluq, xalçaçılıq, ağacişləmə, metali.ləmə, zərgərlik), maddi mədəniyyəti, ailə və ailə məişəti, ictimai məişət və sosial institutlar, mənəvi mədəniyyət, Azərbaycan diasporası və s. məsələlər əksini tapıb. Kitab tarixçilər, etnoloq, mədəniyyətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın Azərbaycan üzrə rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əliağa Məmmədlidir.
Qeyd edək ki, Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu dünya xalqları barədə tarixi-etnoloji cild seriyasını yaradır. Bu kontekstdə 2015-ci ilə Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutu Arxeologiya və Etnoqrafiya İnstitutuna Azərbaycan xalqının tarixi və etnoqrafiyasına aid "Azərbaycanlılar" adlı cildin hazırlanması üçün müraciət etmişdi.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























