Küveyt səfiri azərbaycanlı qadının həyatını xilas etdi

Küveyt səfiri azərbaycanlı qadının həyatını xilas etdi

Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Ər-Ruminin təşəbbüsü ilə Küveytin ölkəmizdəki səfirliyi kasıb ailədən olan və beyin xərçəngindən (3 sm həcmində) əziyyət çəkən 38 yaşlı azərbaycanlı xanıma yardım göstərib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, həmin qadın müalicə olunmaq üçün Küveytdəki İbn Sina Dövlət xəstəxanasına göndərilib və orada onun üzərində Almaniyadan gəlmiş beyin xərçəngi üzrə mütəxəssis həkim, Dr. Schroederin rəhbərliyi altında həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı keçirilib. Səkkiz saat davam edən uğurlu əməliyyat nəticəsində beyindəki şiş götürülüb. Cənab səfirin xanımı və Azərbaycanın Küveytdəki səfirliyi xəstə, eləcə də onunla yanında olan anası ilə mütəmadi əlaqə saxlayıb.

Məlumatda o da bildirilir ki, cənab səfirin Küveyt Dövləti Milli Qvardiyası rəhbərinin müavini və Küveyt Əmirinin qardaşı Şeyx Məşəl əl-Əhməd əs-Sabahla qohumluq əlaqəsi olduğu üçün Şeyx Məşəl xəstənin əməliyyat və müayinə, habelə anasının xəstəxanada qalma xərclərini öz üzərinə götürüb.

Artıq xəstə anası ilə birlikdə Bakıya qayıdıb və hazırda vəziyyəti yaxşıdır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az