Amnesty bildirir ki, hicaba etiraz edən qadınları başqalarına görk olmaq üçün həbs edirlər.
Amnesty təşkilatının bəyanatında deyilir ki, İran hakimiyyəti məcburi hicab qaydası ilə onilliklər ərzində qadınların hüquqlarını pozub.
Təşkilat hicaba etiraza görə həbs edilmiş qadınların dərhal və qeyd-şərtsiz azad olunmalarını tələb edib.
Artıq mediaya "hicab inqilabı" adı ilə düşmüş bu hərəkata, bir uşaq anası, 31 yaşlı Vida Movahed başlayıb. Onun dekabrın 27-də baş örtüyünü açaraq ondan bayraq düzəltməsini göstərən foto dünya qəzetlərinin səhifələrini dolaşıb.
Sosial mediada yayılmış videolarda Movahedi ağ baş örtüyünü ağ bayraq kimi yellədir.
"İnqilab küçəsinin qızı" adını qazanmış Movahedi ötən həftəsonu sərbəst buraxılıb.
Belə görünür ki, hakimiyyət "inqilab qızının" harada olması barədə suallardan çəkinərək belə bir addım atıb.
İranın hakimiyyət orqanları 1979-cu ildən bəri ölkə boyunca məcburi hicaba qarşı daha cəsarətli şəkil alan etiraz zəncirini dayandırmağa çalışır", Britaniya mətbuatı yazırİran fəalları Tvitterdə "o hardadır" həştəqli kampaniya aparırdılar.
Hicaba etiraz edən qadınları ABŞ da daxil dünyanın bir çox yerlərində keçirilən nümayişlərdə müdafiə edirlər.
İranda 1979-cu ildən bəri qüvvədə olan geyim məcəlləsinə görə, yaşı 13-dən çox olan qızların başlarını və bədənlərini örtməsi nəzərdə tutulur.
Bu qaydanın pozulmasına görə cərimə təqribən 25 dollardır. Bəzi hallarda 2 ay həbsxana cəzası da verilə bilər.
2013-cü ildən bəri hakimiyyətdə olan prezident Həsən Ruhani bir çox sərt islami qaydaların, o cümlədən məcburi hicab qaydasının yumşaldılmasına çağırıb.
İranda qadınların hicab qaydalarına riayət etmələrinə "əxlaq polisi" göz qoyur.
Bu barədə dəqiq statistika olmasa da, İran yol polisi 2015-ci ildə hicab qaydalarının 40 min dəfə pozulduğunu xəbər vermişdi.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























