Məhkəmə Hüquq Şurasının iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.
İclasda Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb. Şuranın üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziriFikrət Məmmədov yenidən Şuranın sədri seçilib.
Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































