Slovakiya hökuməti təhqiqatçı jurnalist Yan Kuçakın qətli ilə bağlı istintaqa yardım göstərəcək şəxsə 1 milyon avro mükafat vəd edib. Novator.az-ın məlumatına görə, bunu baş nazir Robert Fiso açıqlayıb.
Aktuality.sk internet nəşrinin 27 yaşlı əməkdaşı Yan Kuçak və onun vətəndaş nikahında olduğu xanım Velka-Maka şəhərindəki evdə qətlə yetiriliblər.
Hüquq mühafizə orqanları qətlin jurnalistin peşə fəaliyyəti, xüsusilə onun fevralın 9-da dərc etdirdiyi, vergi fırıldağı haqda son yazısı ilə əlaqəli olduğunu ehtimal edir. Həmin yazı Slovakiyada kütləvi etirazlara gətirib çıxarıb.
Baş nazir Robert Fiso fevralın 26-da bildirib ki, istintaqa yardım göstərmək istəyənlər üçün Daxili İşlər Nazirliyinin saytında telefon nömrəsi göstərilib. Baş nazir anonim zənglərin də qəbul olunacağını söyləyib.
Baş Prokurorluğun qətlin üstünü açmaq üçün xüsusi qrup yaratdığını deyən Robert Fiso vurğulayıb: "Biz ilk növbədə qətli törədəni tapmalıyıq. Ondan sonra bu cinayətin motivi haqda danışmaq olar. Əgər cinayətə peşə fəaliyyəti səbəb olubsa, bu, Slovakiyada demokratiya və azad sözə hücum kimi qiymətləndiriləcək".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























