Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir:
"Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək".
İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil".
PS. Hörmətli akademikin dedikləri ilə bağlı müzakirə açmaq istəmirik. Ancaq onu xatırlatmaq istəyirik ki, müxtəlif dövrlərdə Bakıda fevral ayında havalar mülayim keçib və hətta 27 dərəcə istilik belə qeydə alınıb. Amma sonra Bakıya qar yağıb. Ona görə də hörmətli akademikin dediklərinin nə qədər özünü doğruldub-doğrultmayacağını gələn qış göstərəcək...
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































