Tacikistan Prezidenti yanında Dövlət Qulluğu Agentliyi Rudaki rayonunun Çoryakkoran qəsəbəsi administrasiyasının dini işlər üzrə mütəxəssisi Şokir Xoldorovun vəzifəsindən azad edilməsi üçün tədbirlər görür.
Moderator.az "Azadlıq" radiostansiyasının Tacikistan redaksiyasına ("Ozodi") istinadla xəbər verir ki, buna səbəb məmurun yerli məscidin ziyarətçilərini söyərək əsassız şəkildə məscidin bağlanmasını tələb etməsi olub. Ş.Xolqorovun vəzifəsindən azad edilməsinin vacibliyi onun "Dövlət qulluqçusunun davranış Kodeksi"ni pozmasıyla əsaslandırılıb. Artıq Rudaki rayonunun icra hakimiyyətinə bu haqda tövsiyə göndərilib.
Dövlət Qulluğu Agentliyindəki mənbədən "Ozodi" radiosuna verilən məlumatda bildirilir ki, 2017-ci ilin oktyabrında internetdə Xoldorovun sözügedən məscidin həyətində zyarətçiləri ağır şəkildə təhqir edərək İslam məbədgahının bağlanmasını tələb etməsinin görüntüləndiyi video yayımlanıb.Məscidin guya qanunsuz fəaliyyət göstərdiyini iddia edən məmur təhqirlərə görə ona etiraz edən vətəndaşlara "gedin, hara şikayət edirsiz - edin, sizin hamınızın vəhhabi olduğunu elan edəcəm" deyə cavab verib. Həmin olaydan sonra Ş.Xoldorov müvafiq inzibati məcəlləyə uyğun olaraq cəmi 500 somoni(təxm. 95 AZN) cərimə edilərək postunda işləməkdə davam edib.
Araşdırmalardan məlum olub ki, sözügedən məscid 2013-cü ildə əhalinin vəsaiti hesabına tikilib və tam qanuni şəkildə fəaliyyət göstərir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























