Keçən ilin avqust ayından təmirə dayandırılan "Bakı metropoliteni" QSC-nin "Sahil" stansiyası bu il iyulun 1-nə qədər təhvil veriləcək.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
N. Paşayevin sözlərinə görə, hazırda stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir.
Eyni zamanda, eskalatorların quraşdırılması davam etdirilir.
Qeyd edək ki, bu il "Xətai" metrostansiyası təmirə bağlana bilər. "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" metrostansiyasının təmirinə başlanması gözlənilir. Təmir işləri stansiyada olan eskalatorların 50 illik istismar müddətini başa vurması ilə əlaqədardır.Moderator.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































