Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyal Bakıdadır. Axşam.az xəbər verir ki, aktyor "Məlahətli söhbətlər" verilişində qonaq olmaq üçün Azərbaycana gəlib. Hüseyn Avni Danyalla şəkillərini sosial şəbəkədə paylaşan əməkdar artist Fərqanə Qasımova onun Azərbaycan mahnılarını dinləməyi çox sevdiyini yazıb.
Türkiyəli məşhur musavat.com-un əməkdaşı ilə söhbətində Bakı ilə bağlı təəssüratlarını bu cür bölüşüb:
"Bakını çox bəyənirəm. 4 il öncə də bura gəlmişdim. Hər gələndə də Qız Qalasını ziyarət edirəm, onun içərisini gəzmək çox xoşuma gəlir". Daha çox "Kurtlar vadisi" serialından məşhurlaşan aktyor yeni seriallara çəkiləcəyini də açıqlayıb:
"Yeni seriallar olacaq. Lakin onların adlarını deyiləcək duruma gəlməmişik, danışıqlar aparılır".
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































