Bakıda jurnalistin evinin hasarını uçurdular

Bakıda jurnalistin evinin hasarını uçurdular

Bakıda jurnalistin evinin hasarını uçurdular. Bu barədə jurnalist Elvin Əliyevin özü sosial şəbəkədə məlumat verib.

Jurnalist bildirir ki, Abşeron rayonu Məmmədli kəndi Nəsrəddin Tusi küçəsində yerləşən evinin yol tərəfinin hasarını hördürmək istəyiblər: "SOCAR-ın mühafizə idarəsinin işçilərini də dəvət etdik. Ölçdülər və bildirdilər ki, hasarımız SOCAR-ın kəmərinin mühafizə zolağına düşmür. Rahat şəkildə hasarınızı çəkə bilərsiniz".

Elvin Əliyev əlavə edib ki, hasarı hörüb, darvazanı quraşdırdıqdan sonra SOCAR-ın mühafizə idarəsinin işçiləri hasarı uçurublar: "İşə getdikdən sonra evdən zəng gəldi ki, SOCAR-ın əməkdaşları hasarı dağıdır. Telefonda soruşuram ki, qardaş, bəs siz o gün ölçdünüz problem yox idi? Cavab verirlər ki, həmin işçilər yenidir, bilməyiblər. Deyirəm bəs iki gündür iş gedir, hər iki saatdan bir yanımızdan keçirsiniz, niyə onda dayandırmırsız, hasar hörülüb, darvaza quraşdırılandan sonra gəlib dağıdırsız? Telefonu söndürürlər".

"Daha maraqlısı isə odur ki, sağ tərəf qonşumuzun hasarı, sol tərəf qonşumuzun evi SOCAR-ın yerinə düşmür, ortada və onların tam bərabərində olan hasarımız SOCAR-ın kəmərinin mühafizə zolağına düşür. Buna nə ad qoyasan bilmirəm",-deyə Elvin Əliyev qeyd edib. Yeniavaz.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az