Türkmənistanın bölgələrində un alan zaman adamlardan rayon administrasiyasından arayış tələb olunur.
Arayışlar bir ailəyə ay ərzində 50 kiloqramlıq un kisəsi almağa icazə verir. Yerli idarəetmə orqanı olan qəsəbə şuralarının məhdudiyyətlərinə görə arayış üçün böyük növbələr yaranıb.
Qeyd edək ki, Türkmənistanda hələ də un çatışmazlığı var. Məsələn, Daşoğuz vilayətində un problemini həll etmək üçün başqa bölgələrdən ora un gətirilir.
Növbələr yalnız un üçün deyil, çörək üçün də uzanır və bu zaman satıcılar alıcılardan qeydiyyatını göstərməyi xahiş edir və ərzağı yalnız öz rayonlarının sakinlərinə satırlar.
"Azatlık"radiosu da əvvəllər xəbər verib ki, un almaq istəyən Daşoğuz sakinlərindən qaz və işığa görə borclu olmadıqları haqqında arayış tələb edirlər.
Xatırladaq ki, 2017-ci ildə Türkmənistanda planlaşdırılmış 1 milyon 600 min ton taxıl əvəzinə, cəmi 1 milyon ton yığmaq mümkün olub. Bu da ölkədə un qıtlığına və satışına məhdudiyyətlərə gətirib çıxarıb.
19 fevralda prezident bütün vilayət rəhbərlərinə qış buğda əkininə xüsusi diqqət ayırmaq göstərişini verib və torpağa əlavə gübrələr verməklə yüksək məhsul almağa diqqət yetirməyi tapşırıb.moderator.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























