Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Ziyad Sabsadi yeni açıqlama verib.
Mediainfo.az "Ölkə.az"-a istinadən xəbər verir ki, Rusiya rəsmisinin bəyanatı İraqda qalan keçmiş MDB məkanı vətəndaşlarının uşaqları ilə bağlıdır.
Onun sözlərinə əsasən, hazırda İraqda 15 azərbaycanlı, 12 tacik balası var. Uşaqların yaşı 7-8 arası dəyişir.
"Əvvəllər biz MDB vətəndaşlarını da İraqdan gətirə bilirdik, lakin bu, sonradan qadağan edildi. Rusiya qanunlarına əsasən, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik",- deyə Sabsadi əlavə edib.
Ehtimal edilir ki, İraqda qalan azyaşlıların valideynləri hərbi əməliyyatlarda həlak olub.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































